Rusiyanın Başqırdıstan vilayətində neft-kimya müəssisəsində partlayış baş verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilsə də, partlayışın səbəbi hələlik məlum deyil.
Bildirilib ki, partlayış obyektdə istehsala təsir göstərməyib.