Qonşu ölkədə COVID-19-a yoluxma halları artıb

10:13 - 21 Avqust 2024

Qonşu ölkədə COVID-19-a yoluxma halları artıb

Gürcüstanda koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artıb.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.

O bildirib ki, yoluxma hallarının artması əsasən son üç həftə ərzində müşahidə olunur: "Laborator analizlərin nəticəsi onu deməyə əsas verir ki, Gürcüstanda yay mövsümü üçün xarakterik olmayan ən çox koronavirus hadisəsi qeydə alınıb. Eyni zamanda qeyri-adi haldır ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində olub".

Qrup rəhbəri əlavə edib ki, hazırda ölkədə yayılan bütün viruslar əsasən yüngül formalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az