ABŞ Prezidenti Co Bayden Amerika ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmağı tapşırıb.
Manset.az xəbər verir ki, bu barədə “New York Times“ qəzeti məlumat verib.
Məlumata görə, Bayden məxfi sənədin məzmununda yenidən Çin təhlükəsinə fokuslanan gizli nüvə strategiyasını təsdiqləyib.
Xəbərdə həmçinin Ağ Evin Baydenin qərarını açıqlamadığı və “Nüvə Yerləşdirmə Bələdçisi” adlı strategiyada Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə qarşı hazırlıq planlarının olduğu da iddia edilib.
Fidan Əliyeva
Manşet.az