Bu ölkələrdən Ukraynaya AĞIR ittiham

14:31 - 21 Avqust 2024

Bu ölkələrdən Ukraynaya AĞIR ittiham

Burkina Faso, Mali və Niger Ukraynanı xüsusilə Afrikanın Sahel bölgəsində “beynəlxalq terrorizmi” dəstəkləməkdə ittiham edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Üç ölkənin xarici işlər nazirlərinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi birgə məktubda Ukraynanın fəaliyyətinə qarşı tədbir görülməsi çağırışı edilib.

Məktubda Ukraynanın Saheldə "beynəlxalq terrorizmi" dəstəklədiyi vurğulanıb və "Afrikadakı terror qruplarını gücləndirən bu dağıdıcı hərəkətlərə qarşı tədbirlər görülməsinə" çağırılıb:

"Bu, Ukrayna hökumətinin Afrikada, xüsusilə Saheldə terrorizmə dəstəyini rəsmiləşdirdi. Bu hərəkətlər həm də suverenliyimiz və ərazi bütövlüyümüzün pozulması, açıq hücum və beynəlxalq terrorizmə dəstəkdir və müvafiq beynəlxalq konvensiyaları açıq şəkildə pozur".

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az