Rusiya Prezidenti Vladimir Putin 13 ildən sonra ilk dəfə avqustun 20-də axşam Çeçenistan Respublikasına uçub.
Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Bildirilib ki, onu hava limanında rayon rəhbəri Ramzan Kadırov qarşılayıb.
Putin Çeçenistanda 2004-cü ildə baş vermiş terror aktı qurbanlarının ailələri ilə görüşüb.
Bu barədə jurnalist Pavel Zarubin məlumat verib.
Xatırladaq ki, Putin sonuncu dəfə 2011-ci ildə baş nazir kimi Çeçenistana uçmuşdu.