Meymunçiçəyi xəstəliyi səbəbindən ilk karantin burada qeydə alındı

17:44 - 21 Avqust 2024

Meymunçiçəyi xəstəliyi səbəbindən ilk karantin burada qeydə alındı

Argentina hakimiyyəti Parana çayında yük gəmisinin göyərtəsində meymunçiçəyi (Mpox) virusunun olması şübhəsi ilə karantin elan edib. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Argentinanın Rosario limanı yaxınlığında lövbər salan gəminin səlahiyyətlilərinə "Hindistan vətəndaşı olan ekipaj üzvünün döş və üzündə kistaya bənzər dəri lezyonları olduğu" bildirilib.

Şirkətdən verilən açıqlamada bu şəxsin digər ekipaj üzvlərindən təcrid olunduğu və ictimai səhiyyə fövqəladə hal protokolunun aktivləşdirildiyi bildirilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az