İndoneziyada Dukono vulkanı alpinistlər dağa qalxarkən püskürüb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə zamanı ətrafa səpələnmiş krater parçaları görünüb və qorxulu anlar yaşayan alpinistlər olduqları ərazidən qaçıblar. Partlayış nəticəsində vulkan təxminən 2,4 kilometr hündürlüyə kül və tüstü püskürüb.
İndoneziya rəsmilərinin verdiyi məlumata görə, alpinistlər xəsarət almadan xilas olublar.