ABŞ-ın Ohayo ştatının sakini itə olan sevgisi sayəsində 50 min dollar mükafat udub.
Manset.az Baku.Ws-ə istinadən xəbər verir ki, Rocer Sours, ölmüş itinin sənədində olan eyni nömrə ilə lotereya bileti alıb.
Bəzi Amerika ştatlarında it sahibi olmaq üçün belə bir sənəd tələb olunur.
Kişi televiziyada lotereyanın nəticələrini görüb. Soursun sözlərinə görə, qalib gəldiyini anladıqdan sonra bir müddət hərəkət edə bilməyib:
"Mən sadəcə olaraq bunun baş verdiyinə inana bilmədim", - deyə kişi təəssüratlarını bölüşüb. Sours əlavə edib ki, mükafat pulunu borclarını ödəmək üçün istifadə edəcək, qalanını isə əmanət kimi saxlayacaq.