Bu ölkə Ukraynaya 1400 PUA bağışlayacaq

16:51 - 23 Avqust 2024

Bu ölkə Ukraynaya 1400 PUA bağışlayacaq

Latviya rəhbərliyi iyulun əvvəlində Ukraynaya Latviya şirkətləri tərəfindən istehsal olunan 4 milyon avro dəyərində müxtəlif tipli 2500-dən çox PUA təmin edəcəyinə söz vermişdi.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Latviyanın müdafiə naziri Andris Spruds bildirib ki, onlar Ukraynaya göndəriləcək 1400 pilotsuz uçuş aparatının (PUA) ən böyük partiyasını hazırlayıb. 

Bu xəbərdən sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib:

"Latviya hakimiyyətinin atdığı addımlar bu ölkənin Ukrayna münaqişəsində artan iştirakını təsdiqləyir. Riqanın düşmənçilik hərəkətləri yalnız Kiyev rejiminin aqoniyasını uzada bilər və xüsusi hərbi əməliyyatın nəticələrinə təsir etməyəcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az