22 avqust axşam saat 21:30 radələrində İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasındakı vulkan lava püskürməyə başlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bölgədə 6-cı vulkan püskürməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Bölgədən inanılmaz görüntülər gələrkən yerli əhali və turistlər bütün xəbərdarlıqlara baxmayaraq partlayışları sanki film izləyirmiş kimi izləyiblər.
Qeyd edək ki, vulkan püskürmədən əvvəl ölkədə 4 bal gücündə zəlzələ baş verib.



