Quran oxuyan qadının səsi də qadağandır - "Taliban"dan yeni qərar

09:32 - 24 Avqust 2024

Quran oxuyan qadının səsi də qadağandır - \"Taliban\"dan yeni qərar

Əfqanıstanda "Taliban" hərəkatının lideri Heybətullah Axundzadə qadınların səsinə və simasına məhdudiyyətləri ehtiva edən "Yaxşılığa çağırış, pislikdən çəkindirmə qanunu" başlığı altında həyata keçiriləcək yeni qanunlar barədə hökuməti xəbərdar edib.

 

Manset.az xəbər verir ki, u barədə "Azad İran" Telegram kanalı məlumat verib.

Məlumata görə, "Taliban"ın Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyinin avqustun 21-də açıqladığı bu qanun əfqan xalqına, xüsusilə də qadınlara təsir göstərir.

Qanunda bildirilib ki, qadınların səsi, hətta Quran oxuyan bir qadının səsi də islam qanunlarına ziddir və qadağandır.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az