Paşinyana alma atan şəxs tutuldu

17:21 - 24 Avqust 2024

Paşinyana alma atan şəxs tutuldu

İrəvanda 71 yaşlı kişi evinin balkonundan Ermənistanın Baş nazir Nikol Paşinyana alma atıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Paşinyan velosipedlə Sevan şəhərinə hərəkət edən zaman İrəvanın Kanaker-Zeytun rayonunun sakinlərindən biri 9-cu mərtəbədə yerləşən evinin balkonundan ona alma tullayıb.

Almanın Paşinyana dəyib-dəymədiyi bilinməsə də, əməli törədən 71 yaşlı sakinin kimliyi müəyyən edilib və o, saxlanılıb.

İstintaq Komitəsi faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi qaldırıb.

Araşdırma gedir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az