Türkiyədə silahlı hücuma məruz qalan Tekirdağ Bələdiyyəsinin Məclis üzvü Mustafa Can Ekiciler ölüb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyatını itirib.
Mustafa Can Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü idi.
Qeyd edək ki, mərhum siyasətçi avqustun 18-də silahlı hücuma məruz qalıb.