“İsgəndər M”in yaradıcısı vəfat etdi

18:20 - 25 Avqust 2024

“İsgəndər M”in yaradıcısı vəfat etdi

“İsgəndər-M” zenit raket kompleksinin yaradıcısı Oleq Mamalıqa 91 yaşında vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə komplekslərin istehsalçısı olan “Yüksək Dəqiqlikli Komplekslər” (“High-Precision Complexes”) holdinqi məlumat yayıb. 

Qeyd edək ki, Mamalıqa 1933-cü il aprelin 4-də hərbçi ailəsində anadan olub. Məktəbi qızıl medalla bitirdikdən sonra raket mühəndisi olmaq üçün Leninqrad Hərbi Mexanika İnstitutuna daxil olub. 1957-ci ildə Kolomnadakı Xüsusi Konstruktor Bürosuna baş konstruktor təyin edilib.

Onun ilk layihəsi 1960-cı ildə istifadəyə verilən “Şmel” tank əleyhinə idarə olunan raket olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az