BMT İsrail və “Hizbullah”a çağırış etdi

21:31 - 25 Avqust 2024

BMT İsrail və “Hizbullah”a çağırış etdi

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi “Hizbullah” və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumat qüvvələrin saytında dərc olunub.

“BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”, - bəyanatda deyilir.

Təşkilat vurğulayıb ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az