HƏMAS İsrailin atəşkəs təklifini rədd etdi

12:18 - 26 Avqust 2024

HƏMAS İsrailin atəşkəs təklifini rədd etdi

HƏMAS Misirin paytaxtı Qahirədə keçirilən son danışıqlarda Qəzza zolağında əsir mübadiləsini də əhatə edən atəşkəslə bağlı İsrailin təklif etdiyi yeni şərtləri rədd etdiyini açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, HƏMAS heyəti vasitəçilərdən danışıqların son mərhələsi ilə bağlı məlumat aldıqdan sonra Qahirəni tərk edib. 

HƏMAS vurğulayıb ki, istənilən razılaşma daimi atəşkəs, İsrailin Qəzza zolağından tamamilə çıxarılması, qəzzalıların evlərinə qayıtma imkanları, yardım və yenidənqurma işləri, məhbus-məhbus mübadiləsini əhatə etməlidir.

HƏMAS-ın yüksək rütbəli rəsmilərindən olan İzzət Əl Raşik bildirib ki, İsrail Qəzzadan tamamilə çıxdığı zaman atəşkəs elan oluna bilər, əks halda bu mümkün deyil. 

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az