Nigeriyanın Jiqava əyalətində günlərdir davam edən yağışlar səbəbindən baş verən daşqınlarda həyatını itirənlərin sayı yüksəlib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, daşqınlar zamanı ölənlərin sayı 33 nəfərə çatıb.
Daşqın əyalətin 14 yerli özünüidarəetmə bölgəsində 50 min adama təsir edib, 11 min 500-dən çox evin su altında qalıb.