ABŞ Ukraynaya enerji şəbəkəsinin təmiri üçün avadanlıq tədarük edir

13:27 - 27 Avqust 2024

ABŞ Ukraynaya enerji şəbəkəsinin təmiri üçün avadanlıq tədarük edir

ABŞ prezidenti Co Bayden öz bəyanatında bildirib ki, ABŞ hakimiyyəti Ukraynanın enerji infrastrukturunun təmiri və dayanıqlığının artırılması üçün avadanlıq göndərir.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

"Birləşmiş Ştatlar Ukraynaya dəstək verən 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə davam edəcək. Bu koalisiya Ukraynanı hava hücumundan müdafiə sistemləri və ələ keçirən qurğular da daxil olmaqla, çox ehtiyac duyulan hərbi texnika ilə təmin edir", - Bayden vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya-Ukrayna arasında gedən müharibə səbəbilə Ukraynın Atom Elektrik Stansiyasına ciddi ziyan dəymişdi. 

 

 

Fidan Əliyeva

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az