Suriya prezidenti Bəşər Əsəd Türkiyə ilə bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bəşər Əsəd Türkiyə ilə normallaşma səylərinin indiyə qədər uğursuz olduğunu açıqlayıb:
"Vasitəçilərin ciddi və səmimi səylərinə baxmayaraq, cəhdlər heç bir əhəmiyyətli nəticə verməyib. Münasibətlərin bərpası ilk növbədə onun məhvinə səbəb olan səbəblərin aradan qaldırılmasını tələb edir”, - Suriya lideri bildirib.
Əsəd türk əsgərlərinin Suriyadan çəkilməsini istədiyini, lakin bunun normallaşma danışıqları üçün şərt olmadığını da bildirib.
Xatırladaq ki, Türkiyə 2011-ci ildə Suriya ilə əlaqələri kəsib.