Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı ikinci Ukrayna Sülh Zirvəsinin cənub ölkələrində keçirilməsinin daha məqsədəuyğun olduğunu, xüsusilə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrlə əlaqə saxladıqlarını bildirib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hindistanlı jurnalistlərlə görüşən Zelenskinin Hindistanın ikinci sülh sammitinə ev sahibliyi etməsini dəstəkləyəcəyini bildirib.
Bununla belə, Zelenski vurğulayıb ki, İsveçrədə keçirilən birinci sammitin yekun bəyannaməsini imzalamayan ölkədə ikinci sammit keçirilə bilməz.