Əfqanıstan COP29-da iştirak etmək üçün müraciət etdi

17:11 - 27 Avqust 2024

Əfqanıstan COP29-da iştirak etmək üçün müraciət etdi

Əfqanıstan administrasiyası bu il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək 2024-cü il BMT İqlim Dəyişikliyi Konfransında (COP29) iştirak etmək üçün Azərbaycandan dəstək istəyib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin baş direktoru Matiul Haq Xalis ölkənin paytaxtı Kabildə Azərbaycanın səfiri İlham Məhəmmədov ilə görüş keçirib.

Beynəlxalq ictimaiyyətin ətraf mühit məsələlərində Əfqanıstanla kifayət qədər əməkdaşlıq etmədiyini qeyd edən Xalis Azərbaycandan Əfqanıstanın COP29-da iştirakını dəstəkləməyi və bu istiqamətdə yardım üçün addımlar atmağı xahiş edib.

Xatırladaq ki, noyabrın 11-dən  22-dək Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin 29-cu Konfransı keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az