Türkiyədə 700 minə yaxın ev sahibi cərimələnəcək.
Manset.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Mehmet Şimşək məlumat verib.
Onun sözlərinə görə, təxminən 1,5 milyon daşınmaz əmlakın yoxlanılmasına başlanılıb. 700 minə yaxın ev sahibi kirayə evlərdən gəlirləri haqqında bəyannamə təqdim etmədikləri üçün ümumilikdə 153,4 milyon lirə (7,6 milyon manat) məbləğində cərimə ödəyəcəklər.