"Biz artıq Ukraynaya yardım edə bilmirik"

13:21 - 28 Avqust 2024

\"Biz artıq Ukraynaya yardım edə bilmirik\"

"Biz və bizim sələflərimiz Ukraynaya milyardlarla dollar dəyərində silah tədarük edib". 

 

Manset.az xəbər verir ki, bu sözləri Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış "PAP" xəbər agentliyinə müsahibəsi zamanı bildirib. 

Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, Polşa artıq Ukraynaya ölkəyə verə biləcəyi bütün silahları verib:

"Biz bilirik ki, Ukraynanın bir çox silah növlərinə ehtiyacı var, lakin Ukraynadan olan tərəfdaşlarımız başa düşməlidirlər ki, Polşa öz imkanlarını qoruyub saxlamalıdır. Bu səbəbdən biz artıq Ukraynanı silahla təmin edə bilmirik", - müdafiə naziri bildirib. 

Həmçinin media nümayənlərinə açıqlama verən Polşa Prezidenti Anjey Duda bildirib ki, Ukraynaya yardımın ümumi məbləği təxminən 25,9 milyard dollar (440 milyard manat), o cümlədən silahlara xərclənən pul isə 3,1 milyard dollar (5,27 milyard manat) təşkil edir.

 

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az