Yüzlərlə uşağı şantaj edən saxta "Youtuber" 17 il həbsə məhkum edildi

17:57 - 28 Avqust 2024

Yüzlərlə uşağı şantaj edən saxta \"Youtuber\" 17 il həbsə məhkum edildi

Avstraliyada özünü "YouTube" fenomeni kimi təqdim edən və yüzlərlə gənc qızı kamera qarşısında nalayiq hərəkətlər etmələri üçün şantaj edən Məhəmməd Zeyn Abidin Rəşid 17 il həbs cəzasına məhkum edilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Bildirilib ki, 29 yaşlı Rəşid ABŞ, İngiltərə, Yaponiya və Fransa da daxil olmaqla 20 ölkədən 286 nəfəri “sevdiklərinə nalayiq mesajlar və şəkillər göndərməklə” hədələyib.

Qurbanlarının üçdə ikisi 16 yaşından kiçik olan Rəşid məhkəmədə təqiblərlə bağlı 119 ittihamı qəbul edib.

Rəşid 2033-cü ildə şərti azadlığa çıxmaq üçün müraciət edə biləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az