İsrail Ordusundan edilən yazılı açıqlamada İsrail Hərbi Hava Qüvvələrinin Suriya-Livan sərhədinə hava zərbəsi endirdiyi açıqlanıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İslami Cihad Hərəkatından Faris Kasımın öldürüldüyü iddia edilən hücumda istifadə edilən təyyarənin növü ilə bağlı məlumat verilməyib.
İsrailə məxsus PUA-nın Dəməşq-Beyrut yolunda hərəkət edən bir avtomobili hədəf aldığı bildirilib, lakin can itkisinin olub-olmadığına dair məlumat verilməyib.