Tramp və Harrisin debatı bu tarxidə baş tutacaq

12:39 - 29 Avqust 2024

Tramp və Harrisin debatı bu tarxidə baş tutacaq

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp demokrat rəqibi, hazırkı vitse-prezident Kamala Harrislə teledebat keçirməklə bağlı razılığa gəlib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Tramp vurğulayıb ki, tədbir əvvəlki debatlarda qüvvədə olan qaydalara uyğun keçiriləcək. Əvvəlcədən hazırlanmış qeydlərə baxmaq və namizədlər cavab verərkən moderatorların müdaxilə etməsi qəti qadağandır. Bundan əlavə, bir namizədin mikrofonun səsi digəri danışarkən kəsiləcək.

Tramp sentyabrda Harrislə 3 debat keçirməyi planlaşdırdığını açıqlayıb:

"Düşünürəm ki, debat keçirmək çox vacibdir. Bu səbəbdən biz sentyabrın 4-də "Fox News", 10 sentyabrda "NBC News" və sentyabrın 25-də "ABC News" ilə razılaşmışıq".

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az