Kulebanın istefası qəbul edilmədi

15:47 - 04 Sentyabr 2024

Kulebanın istefası qəbul edilmədi

Ukrayna parlamenti xarici işlər naziri Dmitri Kulebanın istefasını qəbul etməyib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə, buna səbəb belə bir qərarın qəbulu üçün kifayət qədər səs toplanmaması olub. 

Parlamentarilərin növbəti dəfə Kulebanın istefası ilə bağlı razılığa gəlməyə çalışacaqları isə məlum deyil.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bu gün öz istefa ərizəsini təqdim etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az