"Seçimlərimiz haqqında danışmağı dayandırmalıdır" - Ağ Evdən Putinə etiraz

16:56 - 06 Sentyabr 2024

\"Seçimlərimiz haqqında danışmağı dayandırmalıdır\" - Ağ Evdən Putinə etiraz

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin açıqlamalarından birində ABŞ prezident seçkilərində Kamala Harrisi dəstəklədiyini bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, bu açıqlamadan sonra Ağ Evin milli təhlükəsizlik üzrə kommunikasiyalar müşaviri Con Kirbi Putinə etiraz edib. 

Kirbi ABŞ-nin yeni prezidentinin kim olacağına yalnız Amerika xalqının qərar verəcəyini vurğulayaraq, Putinin ABŞ-də keçirilən prezident seçkilərini şərh etməkdən və seçkilərə müdaxilə cəhdindən əl çəkməli olduğunu bildirib.

“Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır. Bu və ya digər şəkildə heç kimə dəstək verməməlidir", - o bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az