Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi 2025-ci ildə aerodromların dronların aşkarlanması və qarşısının alınması sistemləri ilə təchiz edilməsi üzrə işlərə başlamağı planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə agentliyin rəis müavini Andrey Potemkin açıqlama verib.
"Bu, 2025-ci ildən başlayaraq birinci kateqoriyalı aerodromlar üçün planlara daxil edilib", - deyə Potemkin bildirib.
Həmçinin o əlavə edib ki, hava limanının operatorları belə işlərin öz vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etmək hüququna malikdirlər. Bunun "radio avadanlıqlarına - həm yerüstü, həm də təyyarə avadanlığına müdaxilə şəklində təhlükə yaratmaması" vacibdir.
Son olaraq o qeyd edib ki, Ukrayna pilotsuz təyyarələrinin Rusiya şəhərlərinə hücumu ilə əlaqədar aviasiya hakimiyyətləri vaxtaşırı Moskva və digər regionlardakı hava limanlarının fəaliyyətini məhdudlaşdırır. Məhdudiyyətlər adətən bir neçə saat davam edir.