Zəlzələdən sonra zərərin aşkarlanması robot itlərlə həyata keçiriləcək - VİDEO

14:04 - 26 Sentyabr 2024

Zəlzələdən sonra zərərin aşkarlanması robot itlərlə həyata keçiriləcək - VİDEO

Artıq Türkiyədə zəlzələ sonrası zərərin qiymətləndirilməsində ənənəvi üsullar yerinə süni intellektlə dəstəklənən robot itlərdən istifadə ediləcək.


Manset.az türk mediasına istinadla xəbər verir ki, Qaradəniz Texniki Universiteti (KTU) Zəlzələ və Struktur Sağlamlıq Tətbiq və Araşdırma Mərkəzi (DE-YAS) tərəfindən hazırlanan layihə sayəsində robot itlər və süni intellektdən istifadə edilərək zəlzələ sonrası zərərin qiymətləndirilməsi işləri daha sürətli tamamlanacaq.

KTÜ Elmi Tədqiqat Layihələri Koordinasiya Bölməsi və Tədqiqat Universitetlərinə Dəstək Proqramı (BAP13) tərəfindən dəstəklənən layihə Türkiyədə və dünyada yeni bir çığır açmağı hədəfləyir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az