“Helene” qasırğası nəticəsində ölənlərin sayı açıqlandı

22:36 - 01 Oktyabr 2024

“Helene” qasırğası nəticəsində ölənlərin sayı açıqlandı

ABŞ-da “Helene” qasırğası nəticəsində ölənlərin sayı 137-yə çatıb.

 

Manset.az xəbər verir ki, ölüm hallarından 56-sı Şimali Karolina, 33-ü Cənubi Karolina, 25-i Corciya, 15-i Florida, 6-sı Tennesse, 2-si Virciniya ştatlarında qeydə alınıb.

Dağıntılar Floridadan Cənubi Appalaç dağlarına qədər 500 mildən (804 km) çox ərazini əhatə edib. Ölənlərdən 5 nəfər fövqəladə hallar üzrə agentliklərin nümayəndələridir.

Milyonlarla insanın elektrik enerjisinə və suya çıxışı hələ də yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az