İran Prezidenti İsrailə xəbərdarlıq edib: "Növbəti cavab daha sərt olacaq"

16:09 - 02 Oktyabr 2024

İran Prezidenti İsrailə xəbərdarlıq edib: \"Növbəti cavab daha sərt olacaq\"

İran Prezidenti Məsud Pezeşkian İsrailə xəbərdarlıq edib.

 

Manset.az-ın  İran mətbuatına istinadən məlumatına görə, o bildirib ki, növbəti cavab daha sərt ola bilər:

“İsrail rejimi yenidən səhv etsə, növbəti cavab daha sarsıdıcı olacaq”.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az