Mask Trampın seçki kampaniyasında Baydeni ələ saldı

10:28 - 06 Oktyabr 2024

Mask Trampın seçki kampaniyasında Baydeni ələ saldı

Amerikalı milyarder və sahibkar İlon Mask Pensilvaniya ştatında Respublikaçıların seçki mitinqində ABŞ prezidentliyinə namizəd Donald Tramp və hazırkı dövlət başçısı Co Baydeni müqayisə edərək, sonuncunu ələ salıb.

 

Manset.az xəbər verir ki, bu barədə "The Hill" yazıb.

İnsanın xarakterinin əsl sınağı, onun atəş altında necə davranmasıdır. Bizdə bir prezident var idi ki, pilləkənlə qalxa bilmirdi. Digəri isə ona atəş açıldıqdan sonra yumruğunu havada silkələyirdi",-deyə Mask bildirib.

Qeyd edək ki, oktyabrın 5-dən 6-na keçən gecə Donald Tramp iyul ayında həyatına sui-qəsdin baş verdiyi Batler şəhərində (Pensilvaniya) mitinq keçirib. Tədbirdə İlon Mask da iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az