Türkiyənin Konya vilayətində 5.1 bal gücündə zəlzələ olub.
Manset.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 20:43-də qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin Konyanın Meram rayonunda, yerin 10,61 kilometr dərinliyində baş verdiyini açıqlayıb.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.(sfera.az)