Almaniyada bələdiyyələrin it sahiblərindən aldığı vergi gəlirləri 2023-cü ildə yüzdə 1,6 artımla 421 milyon avroya çataraq rekord qırıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Almaniya Federal Statistika İdarəsinin verdiyi açıqlamaya görə, ölkədəki bələdiyyələr keçən il it sahiblərindən 421 milyon avro vergi toplayıb. Beləliklə, it vergisinin artımı 2023-ci illə müqayisədə 1,6 faiz rekord həddə çatıb.
Qeyd edək ki, Almaniyada it vergisi hər il ödənilir. Ölkədə vergi bəyannaməsi verməyən və ya vergi ödəməyən it sahibləri cəzalandırıla bilər.