Roma Papası Fransisk Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, görüş 35 dəqiqə davam edib.
Onlar Ukraynadakı münaqişənin hazırkı vəziyyətini, habelə müharibəni dayandıra biləcək yollarla ədalətli sülhün əldə edilməsi və sabitliyin bərqərar olması ilə bağlı məsələləri müzakirə ediblər.
