Türkiyədə Ədirnənin əkinçiliyinin can damarı və minlərlə turistin getdiyi Tunca çayının suyunda çəkilmə baş verib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə mediasında qeyd olunur.
Çayda mövsümi quraqlıq nəticəsində onlarla avtomobil şinləri, içki butulkaları, stullar və bir çox başqa tullantılar səthə çıxıb.
Çayı ziyarətə gələn vətəndaşlar acınacaqlı vəziyyətdə olan Tunca çayının səlahiyyətlilər tərəfindən tez bir zamanda təmizlənməsinin lazım olduğunu bildiriblər.
Digər tərəfdən çayda yaşayan canlıların da mənfi təsirləndiyi müşahidə edilib.


