Bayden Almaniyaya getdi

22:20 - 17 Oktyabr 2024

Bayden Almaniyaya getdi

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya yola düşüb.

 

Manset.az xəbər verir ki, oktyabrın 17-si axşam saatlarında eniş edəcək dövlət başçısı növbəti gün görüşlərə başlayacaq. Səfər zamanı o, Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə birlikdə Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcək. Yaxın Şərqdə şiddətlənən münaqişə də sözügedən liderlərin müzakirə mövzularından biri olacaq.

Qeyd edək ki, Baydenin əvvəlcə ötən həftə Almaniyaya 3 günlük səfəri nəzərdə tutulmuşdu. Səfər zamanı “Ramşteyn” bazasında Ukraynaya dəstək verən ölkələrin geniştərkibli görüşü nəzərdə tutulurdu. Lakin ABŞ-da hökm sürən “Milton” qasırğası səbəbindən səfər təxirə salınmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az