Oktyabrın 23-dən 30-dək Abxaziyanın Gürcüstanla dövlət sərhədindən insanların keçidi müvəqqəti olaraq dayandırılacaq.
Manset.az xəbər verir ki, bu barədə Abxaziyanın Prezidenti Aslan Bjaniya məlumat verib.
"Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri zamanı radikal qüvvələrin mümkün təxribatları ilə əlaqədar 2024-cü il oktyabrın 23-dən oktyabrın 30-dək Abxaziya-Gürcüstan sərhədində vətəndaşların keçidini müvəqqəti dayandıracaq", - Abxaziya prezidenti bildirib.