Gürcüstan bu ölkə ilə sərhəddini bağlayır

17:37 - 18 Oktyabr 2024

Gürcüstan bu ölkə ilə sərhəddini bağlayır

Oktyabrın 23-dən 30-dək Abxaziyanın Gürcüstanla dövlət sərhədindən insanların keçidi müvəqqəti olaraq dayandırılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Abxaziyanın Prezidenti Aslan Bjaniya məlumat verib.

"Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri zamanı radikal qüvvələrin mümkün təxribatları ilə əlaqədar 2024-cü il oktyabrın 23-dən oktyabrın 30-dək Abxaziya-Gürcüstan sərhədində vətəndaşların keçidini müvəqqəti dayandıracaq", - Abxaziya prezidenti bildirib.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az