"İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsini dağıdıb" - BMT

09:15 - 21 Oktyabr 2024

\"İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsini dağıdıb\" - BMT

İsrail Müdafiə Qüvvələrinin buldozeri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin obyektinin ətrafındakı müşahidə qülləsini və perimetr hasarını dağıdıb.

 

Manset.az xəbər verir ki, bu barədə UNIFIL komandanlığının “X” sosial şəbəkəsindəki bəyanatında deyilir.

Tələfat barədə məlumat verilmir.

UNIFIL İsrailə və münaqişənin digər tərəflərinə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək məsuliyyətini xatırladıb.

Qeyd edək ki, İsrailin Merkava tankı “mavi dəbilqəlilərin” müşahidə qülləsinə zərbə endirib və orada quraşdırılmış avadanlıqları, xüsusən də videokameraları sıradan çıxarıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az