Türkiyənin Müdafiə Nazirliyi Aralıq dənizinin beynəlxalq hava məkanında təlim uçuşlarının həyata keçirildiyini bildirib.
Manset.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Nazirliyin sosial media hesabında yer alan paylaşımda Hərbi Hava Qüvvələri Komandanlığına bağlı müxtəlif bazalardan havaya qalxan döyüş və dəstək təyyarələrinin iştirakı ilə Aralıq dənizinin beynəlxalq hava məkanında təlim uçuşları həyata keçirildiyi bildirilib.