“Honda” 721 minə yaxın avtomobili geri çağırır

01:30 - 23 Oktyabr 2024

“Honda” 721 minə yaxın avtomobili geri çağırır

"Honda Motor" ABŞ-dən 720,8 min avtomobili yanacaq nasosunda yaranan problemlə əlaqədar geri çağırır.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) məlumat yayıb.

Qeyd olunub ki, yanğın və qəza riski səbəbindən 2023-cü ilə aid modellər, o cümlədən "Accord", "Civic" və "CR-V Hybrid" markalı modellər geri çağırılacaq.

NHTSA-nın ehtimalına görə, yanacaq nasosunda çat əmələ gələ bilər ki, bu da yanacağın sızması və yanğın təhlükəsinin yaranması ilə nəticələnə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az