Ankaraya terror hücumu olundu - VİDEO

17:31 - 23 Oktyabr 2024

Ankaraya terror hücumu olundu - VİDEO

Türkiyənin paytaxtı Ankarada TUSAŞ aerokosmik şirkətinin qarşısında partlayış baş verib.

 

Manset.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumatı Türkiyənin daxili işlər naziri  Əli Yerlikaya "X" hesabında etdiyi paylaşımda təsdiqləyib.

"TUSAŞ Ankara Kahramankazan obyektlərinə terror hücumu təşkil edilib".

Nazir onu da qeyd edib ki, hücumda həyatını itirən və yaralananlar olub:

"Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar diləyirəm. Hadisələrlə bağlı ictimaiyyətə məlumat veriləcək. Rəsmi mənbələrdən gələn açıqlamaları nəzərə almağınızı xahiş edirəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az