13 ölkə BRICS-in tərəfdaş statusunu aldı - SİYAHI

17:30 - 24 Oktyabr 2024

13 ölkə BRICS-in tərəfdaş statusunu aldı - SİYAHI

Oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası ilə liderlərin toplantısına yekun vurlub.
 

Manset.az xəbər verir ki, “Ria Novosti”nin məlumatına görə, Kazanda keçirilən sammit zamanı 13 dövlət RICS-in tərəfdaş ölkəsi statusunu alıb. Bunlar aşağıdakılardır:

Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tayland, Uqanda, Özbəkistan və Vyetnam.

Bildirilir ki, bu dövlətlərin hələ ki assosiasiyaya tamhüquqlu üzv olmaq planları yoxdur.

BRICS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir.
2024-cü il yanvarın 1-dən Misir, Efiopiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da BRICS-ə qoşulub


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az