Qəzzada ölənlərin sayı 45 min 338-ə yüksəldi

16:00 - 24 Dekabr 2024

Qəzzada ölənlərin sayı 45 min 338-ə yüksəldi

İsrailin soyqırımını davam etdirdiyi Qəzzada can itkisi 45 min 338-ə yüksəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 445 gündür ki, davam edir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi 3 hücumda 21 fələstinlinin həyatını itirdiyi, 51 fələstinlinin isə yaralandığı bildirilib. Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi can itkisinin 45 min 338-ə, yaralıların sayının isə 107 min 764-ə yüksəldiyi bildirilib.

Fələstin Təhsil Nazirliyi, İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana 12 min 700 şagirdin həyatını itirdiyini, 20 min 702 şagirdin isə yaralandığını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az