Ukraynanın Xarkov, Dnepropetrovsk, Kirovoqrad və Poltava vilayətlərində silsilə partlayışlar baş verib.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Xarkovda bir neçə yanğın hadisəsi qeydə alınıb, yalnız qeyri-yaşayış infrastrukturuna ziyan dəyib. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib və elektrik enerjisinin verilişində fasilələr yaranıb.