Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan insanların xatirəsini anmaq üçün Rumıniyada yaşayan soydaşlarımız Azərbaycanın bu ölkədəki səfirliyinə gül dəstələri gətirirlər.
Manset.az AZƏRTAC- a istinadən xəbər verir ki, səfirlikdə həlak olanların xatirəsini yad etmək üçün açılan başsağlığı kitabına Rumıniyada akkreditə olan diplomatik korpusun nümayəndələri ürək sözlərini yazırlar.