Bu ölkədə 6,3 bal gücündə zəlzələ baş verdi - VİDEO

10:03 - 06 Yanvar 2025

Bu ölkədə  6,3 bal gücündə zəlzələ baş verdi - VİDEO

Salvadorda 6,3 bal gücündə zəlzələ baş verib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, zəlzələnin episentri Sakit okeanda, La Libertad şəhərindən 50 kilometr aralıda yerləşib. Yeraltı təkanlar 49,5 kilometr dərinlikdə qeydə alınıb və təkcə Salvadorda deyil, həm də qonşu ölkələrdə - Qvatemala və Nikaraquada hiss olunub. Salvador Prezidenti Nayib Bukele açıqlamasında bildirib ki, hazırda bütün bölgələrdən müvafiq vəziyyətlə bağlı hesabatlar toplanır. O əlavə edib ki, ilkin məlumata görə, tələfat və ciddi dağıntılar barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az