"Tərəflər Ukrayna üzrə danışıqlara başlamağa yaxınlaşır" - ABŞ-nin Dövlət katibi

00:15 - 09 Yanvar 2025

\"Tərəflər Ukrayna üzrə danışıqlara başlamağa yaxınlaşır\" - ABŞ-nin Dövlət katibi

Maraqlı tərəflər Ukrayna üzrə danışıqlar prosesinin başlamasına yaxınlaşır.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinken bildirib.

“İndi biz bu il elə bir nöqtəyə çatmışıq ki, tərəflər danışıqlar aparmağa qərar verə bilərlər. Biz əmin olmaq istəyirik ki, ABŞ-ın növbəti administrasiyası, əgər belə danışıqlar onun nəzarəti altında baş tutsa, güclü mövqedən çıxış edə bilsin.

Biz növbəti Vaşinqton administrasiyasına bir çox əlverişli imkanlar, təşəbbüslər və Ukrayna istiqamətində iş veririk. Əgər növbəti administrasiya bunu davam etdirmək qərarına gəlsə, mən hesab edirəm ki, bu, ABŞ-ın ən yaxşı maraqlarına uyğun olardı”, - deyə o, söyləyib.

ABŞ dövlət katibi həmçinin, mümkün danışıqlardan sonra atəşkəs əldə olunacağı təqdirdə üçüncü ölkələrin Ukraynada patrul xidmətində iştirak edə biləcəyini iddia edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az